Toyota Y.Trullidən ayrılacaq?

Toyota Racing komandasının prezidenti Con Hauett bu gün jurnalistlərə komandada nəzərdə tutulan dəyişikliklər barədə danışıb… Con Hauett: “Çox güman ki, […]

Toyota Racing komandasının prezidenti Con Hauett bu gün jurnalistlərə komandada nəzərdə tutulan dəyişikliklər barədə danışıb…

Con Hauett: “Çox güman ki, biz Yarno Trullidən ayrılacayıq – biz danışıqlar aaprdıq, amma razılığa gələ bilmədik və çətin ki, razılaşaq. Mövqelər arasında fərq çox böyükdür. Bizi sürücülər bazarında böyük aktivlik gözləyir, başa düşmək lazımdır ki, Alonsonun Ferrari-yə keçməsi doğrudurmu, BMW-nin vəziyyətini də izləmək lazımdır. Bizim Timonun müqaviləsində opsionumuz var, biz ondan istifadə edəcəyik.”

Yarno Trulli isə jurnalistlərə bildirib ki, məsələ yalnız pulda deyil…

Yarno Trulli: “Pul heç vaxt problem olmayıb, mən komandadakı vəziyyəti və məsrəflərin azaldılması zərurətini başa düşürəm. Komanda mənim ailəmdir, hər şeydən əvvəl kollektivi saxlamaq lazımdır. Büdcənin, mənim büdcəmin ixtisarı problem deyil, amma mən başa düşməliyəm ki, komanda məndən nə istəyir. Bəlkə də onlar məndən narazıdırlar, amma biz pul söhbəti etməmişik.

Mən inanmıram ki, Fernandonun keçidi sürücülər bazarında həlledici faktor olacaq, daha çox şey maliyyə vəziyyətindən asılıdır. Mən Formula1-də qalmaq ümidindəyəm, amma indiki iqtisadi durumda gələcəyə ümid yoxdur. Əvvəl Honda çempionatı tərk etdi, indi isə BMW – məncə, bu hələ son deyil…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*