Toyota yeni TS050-ni təqdim edib

Toyota şirkəti 2016-cı ildə Dünya Dözümlülük Çempionatında (WEC) yarışacağı avtomobili təqdim edib. Avtomobilin modeli TS050 Hybrid LMP1-dir.

F-1.az xəbər verir ki, Toyota bu il WEC-də iki avtomobil ilə yarışacaq və komandanın sürücü heyəti Əntoni Dəvidson, Sebastyan Buemi, Kazuki Nakacima, Mayk Konvey, Stefan Sarrazen və Kamui Kobayaşidən ibarət olacaq.

Yeni TS050-nin rəng çalarları da dəyişdirilib. Yeni atomobil artıq mavi yox, qara, ağ və qırmızı rənglərdə olacaq.

Toyota keçən il Porche və Audi ilə mübaizə aparmışdı və builki avtomobillərində hibrid sistemlərdə dəyişiklik edilməyib. Yaponlar bu il çempionluq üçün ən böyük favoritlərdən biri sayılır.

Komandanın rəhbəri Toşio Sato yeni avtomobil barədə təəssüratlarını bildirib: “Bu il Toyota Gazoo Racing üçün həyəcanlı keçəcək. Çünki bizim yeni avtomobilimiz və yeni güс qurğumuz var.

Yarış avtomobili ilə yol avtomobilləri arasında oxşarlıqlar var və beləliklə biz yol avtomobillərinə rahatlıqla texnologiya transferi edə biləcəyik.

Biz WEC-də qalib gəlmək üçün yarışırıq, amma birincilikdən əlavə ana firmamıza da texnoloji cəhətdən kömək etmək istəyirik.

Biz insanlara göstərmək istəyirik ki, Toyota-nın yol avtomobilləri yarış avtomobilləri qədər güclüdür”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*