Toyota-nın mütəxəssisləri Lotus-a keçirlər

Əvvəllər Toyota F1 komandasında çalışmış iki təcrübəli mütəxəssis Yarno Trullinin arxasınca Lotus F1 Racing komandasına keçiblər. Bu gündən yeni komandanın […]

Əvvəllər Toyota F1 komandasında çalışmış iki təcrübəli mütəxəssis Yarno Trullinin arxasınca Lotus F1 Racing komandasına keçiblər.

Bu gündən yeni komandanın texniki direktoru Diter Qass təyin olunub, o Toyota-da baş yarış və test mühəndisi vəzifəsini icra edirdi.

Trullinin keçmiş yarış mühəndisi Canluka Pisanello da yeni komandaya qoşulub – çox güman ki, burada da o eyni funksiyanı yerinə yetirəcək.

Gözlənildiyinə görə, yeni Lotus maşınının təqdimatı fevralın 12-də Londonda baş tutacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*