Toyota sürücüləri üçün bugünkü sıralanma turu asan olmayıb. Timo Qlokun maşınında səhər sərbəst yürüşlərdə ötürmələr qutusu imtina edib və o bütünlüklə məşqləri buraxmalı olub. Maşına yeni qutu qoyulduğu üçün alman sürücü sabahkı yarışın startında beş yer itirməklə cərimə olunub. Sıralanma turunda isə maşın trası yaxşı tutmayıb, nəticədə 14-cü yer, Timo yarışa sön cərgədən qatılacaq…
Timo Qlok: “Səhər sərbəst yürüşlərdə ötürmələr qutusunda problemlər yaşandı və bütünlüklə məşqləri buraxmalı oldum, ona görə də sıralanma turuna yaxşı hazırlaşa bilmədim.
Maşın özünü dünənki kimi aparmırdı və artıq birinci sessiyada onu idarə etmək çətin idi. İkinci sessiyada mən yaxşı dövrə keçə bilmədim və bilirdim ki, finala adlamaq çətin olacaq, çünki nəticələr olduqca sıx idi. Tras sürüşkən idi, mən maşına əmin deyildim və sonuncu dövrədə səhvə yol verdim. Cəriməni də nəzərə alsaq sonuncu cərgədən start alacam, ona görə də sabah yağışın yağmasına ümid edirəm.”
Yarno Trulli sıralanma turunun sons essiyasına keçə bilib, amma yalnız 6-cı nəticə göstərib və etiraf edib ki, nəticəsindən razı deyil…
Yarno Trulli: “Bu sıralanma turu çətin keçdi və mən bir qədər məyus oldum: səhər sərbəst yürüşlərdən sonra mənə elə gəlirdi ki, maşınımız sürətlidir və biz birinci cərgə uğrunda mübarizə aparacayıq. Amma günorta maşın trası tutmurdu və mən son sessiyaya keçmək üçün xeyli zəhmət çəkdim.
Son dövrəmdən razı qaldım, 6-cı start mövqeyi isə pis variant deyil. Sabah bizi maraqlı yarış gözləyir: yağış ehtimalı var və hər şey dəyişə bilər.”