Toyota Formula1-ə qayıdır: Haas maşınlarında yeni loqolar

Bu gün Toyota-nın Formula1-ə qayıdışı elan edilib - Toyota Gazoo Racing-in loqoları artıq Ostində Haas maşınlarında görünəcək.

F-1.az xəbər verir ki, dərhal bu addımın gələcəkdə daha sıx əməkdaşlığa və hətta komandanın adının dəyişdirilməsinə yol aça biləcəyi barədə fərziyyələr meydana çıxıb.

Haas rəhbəri Ayо Komatsu bağlanmış müqavilənin təfərrüatını açıqlayaraq yaxın gələcəkdə komandanın adında Toyota markasının görünməyəcəyinə zəmanət verib.

Ayo Komatsu: “Hazırda adın dəyişdirilməsi planlaşdırılmır. MoneyGram bizim titullu sponsorumuzdur. Belə ki, yaxın gələcəkdə titullu sponsor və ya komandanın adı baxımından heç nə dəyişməyəcək”.

Ayo Komatsu qeyd ediи ki, Toyotа ilə əməkdaşlıq sponsorluq haqqında deyil: “Əsas məqsəd işçilərin inkişafıdır ki, bu da mənim və Haas-ın fəlsəfəsinə uyğundur. Formula1 yüksək texnoloji idman növüdür, lakin sonda nəticə insandan asılıdır. Məhz insanlardan asılıdır ki, komanda uğur qazanacaq, yoxsa uğursuzluğa düçar olacaq.

Toyotada da eyni cür düşünürlər, buna görə də onlar öz mühəndisləri, mexanikləri və sürücüləri üçün öyrənmək və inkişaf etmək imkanı yaratmaq məqsədilə bu layihəyə investisiya yatırırlar. Nəticədə bu, bütün şirkətə fayda gətirəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*