Toyota diskvalifikasiya olunub

Sıralanma turundan sonra FİA-nın keçirdiyi maşınların texniki təftişinin nəticələrinə əsasən Toyota komandasının hər iki sürücüsü diskvalifikasiya olunub. Maşının aerodinamik elementləri […]

Sıralanma turundan sonra FİA-nın keçirdiyi maşınların texniki təftişinin nəticələrinə əsasən Toyota komandasının hər iki sürücüsü diskvalifikasiya olunub. Maşının aerodinamik elementləri reqlamentdə nəzərdə tutulan yüklənmə altında bərklik testini keçməyiblər – arxa antiqanadın üst qatı çox yumşaq olub və hava axınının təsiri altında profilini dəyişə bilərmiş, bu isə qaydalarla qadağan olunub.

Əgər komanda bu elementi qaydaya salsa və element yenidən möhkəmlik testini keçsə, onda Timo Qlok və Yarno Trulli yarışa sonuncu yerlərdən başlayacaqlar. Əgər bunu etmək mümkün olmasa, Toyota yarışı buraxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*