Toyota-dan növbəti dubl

Dünya Dözümlülük Çempionatında (WEC) mövsümün 5-ci mərhələsi baş tutub.

F-1.az xəbər verir ki, Yaponiyanın məşhur Fuci avtodromunda 6 saat davam edən marafon Hypercar sinfində Toyota komandasının dublu ilə başa çatıb. Pouldan #7 nömrəli ekipaj (Lopes, Konvey və Kobayaşi) start alsa da, #8 nömrəli ekipaj (Brendon Hartli, Sebastyen Buemi və Rio Hirakava) daha sürətli olublar. Toyota ənəvi komanda əmri ilə titula namizəd olan ekipajını irəli çıxarıb.

Alpine komandasının yeganə maşını (Neqrau, Vaksivyer və Lapyer) bu dəfə də 3-cü olub.

Bu qələbədən sonra Toyota-nın #8 ekipajı çempionatda liderlik edən Alpine ekipajına çatıb. Titulun taleyi iki aydan sonra baş tutacaq Bəhreynin 8 saatlıq marafonunda məlum olacaq.

LMP2 sinfində WRT komandasından Şon Gelael, Robert Fryayns və Dris Vantor, LMGTE Pro sinfində AF Corse komandasından Alessandro Pyer Quidi və Ceyms Kalado, LMGTE Am sinfində isə Ben Kitinq, Enrike Çaves və Marko Sorensen qələbəyə seviniblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*