F-1.az xatırladır ki, 2022-ci ilin Dünya Çempionu olan Toyota bu ilə də iddialı hazırlanıb. Yaponlar keçən il 13 yarışdan 7-də qalib gəlmişdi. Kalle Rovanpera isə altı qələbə qazanaraq, karyerasında ilk dəfə Dünya Çempionu titulunu qazanmışdı.
Lakin toyota keçən il mövsümün ikinci yarısında Hyundai-dan geri qalırdı və torpaq rallilərdə zəif görünürdü. Buna görə dəq ışda maşında yeniliklər olub. Hibrid qurğunu soyutmaq üçün maşının yanlarını bəzəyən hava girişləri artıq daha yumşaq və aerodinamik formada dizayn edilib. Buna görə də arxa palçıqlıq yenidən dizayn edilib. Arxa qanad da dəyişdirilib.
Toyota güc və tork paylaşımını yaxşılaşdırmaq üçün 1.6 litr həcmli motora keçib.
Toyota-nın texniki direktoru Tom Fauler: “Bu mövsümə girərkən sahib olduğumuz maşına güvənirik. Keçənilki maşınımızı təkmilləşdirməyi davam etdirdik. Həm performans, həm də etibarlılıq cəhətdən inkişaf etdik. Rəqiblərimizlə mübarizə apara biləcək maşınımız var”.