Toto Volff: Mik ikinci şansa layiqdir

Mercedes Motorsport-un rəhbəri Toto Volff düşünür ki, Mik Şumaxer ikinci şansa layiqdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2022-ci ildə qənaətbəxş performans göstərsə də, Haas komandası ondan narazı qalıb və onunla müqavilə uzatmayıb. Əvəzinə isə daha təcrübəli Niko Hülkenberq gətirilib.

Mik hazırda işsizdir və onun adı Mercedes-də ehtiyat sürücülüyü üçün hallanır.

Toto Volff: “Miki çox sevirəm və ailəsi ona yaxşı tərbiyə verib. Məncə, o başqa bir şansa layiqdir. Aşağı seriyalarda çempion oldu və bunu etmək asan deyil.

Formula1-dəki ilk illərinizdə hər şey əleyhinizə işləyə bilər və buna görə də təzyiq altında idi. Formula1 qəddardır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*