Toto Volff: İdman insanları birləşdirməlidir

FİA-nın yenilənmiş Beynəlxalq İdman Məcəlləsində federasiyanın əvvəlcədən icazəsi olmadan yarış çərçivəsində idmançılara öz siyasi mövqelərini açıq şəkildə ifadə etmək və müvafiq bəyanatlar vermək qadağan edilib.

F-1.az xəbər verir ki, Mercedes komandasının başçısı Toto Volff sürücülərin prinsipcə öz fikirlərini bildirmələrinin qadağan olunacağı ilə bağlı əsassız qorxuları hesab edir.

Toto Volff: “Əvvəla, bu qaydanın reallıqda necə işləyəcəyini görməliyik. Biz razıyıq ki, idman siyasi mübahisə yeri deyil, əksinə, idman birləşdirməlidir.

Şübhə etmirəm ki, Muhəmməd ben Sulayem və FİA yalnız düzgün hərəkət etməli olduğumuzu nəzərdə tuturdu və keçmişdə daha açıq danışan sürücülər sadəcə mövqelərini razılaşdırmalıdırlar.

Mən bilirəm ki, Muhəmməd hər dəfə Lyuislə danışanda və ya əksinə, söhbət müsbət notla bitir. Ona görə də mən şübhə etmirəm ki, praktikada bu qaydanın tətbiqi yazılanlara əsaslanaraq indi bizə göründüyü kimi sərt olmayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*