Toto Volff: Formula1-də hərə özünə görədir

Mercedes-in başçısı Toto Volff bildirib ki, Ceyms Vavlz fevral ayında Williams-ın rəhbəri vəzifəsinə keçdiyi zaman bütün diqqətini yeni komandasının daha yaxşı nəticələr qazanmasına cəmlədiyinə şübhə etmir.

F-1.az xəbər verir ki, keçən həftə Ceymsin Williams komandasına başçı təyin edilməsi elan olunub.

Toto Volff: “Formula1-də hərə özünə görədir. Liderlərin hər biri öz nöqteyi-nəzərini müdafiə edir, komandası üçün ən yaxşısına nail olmaq üçün hər şeyi edir. Və Ceymsdən Williams-ı bizim üçün uşaq komandası etməsini istəsəm, o, məni cəhənnəmə göndərəcək.

Güc qurğumuzdan istifadə etdiyi üçün Williams-ın Mercedes üçün törəmə komanda olması artıq bir neçə ildir ki, danışılır, lakin bu heç vaxt doğru olmayıb. Biz komanda və ya pilotlarla heç bir problemin həllinə heç vaxt müdaxilə etməmişik.

Biz həmişə komandanın rəhbərliyinə, onun nüfuzuna hörmətlə yanaşmışıq və indi Ceyms Williams-ın onları irəli çıxarması üçün nə lazımdırsa, edəcək. O, komandanın çıxışına görə qiymətləndiriləcək. Əgər Mercedes-in köməyə ehtiyacı olduğunu başa düşsə, bunu deyəcək, amma Williams üçün başqa mövqe faydalı olsa, dəstəkləyəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*