Toto Volff Antonellini birbaşa Mercedes-ə gətirməsinin səbəbini açıqlayıb

2025-ci ildə Andrea Kimi Antonelli Mercedes-də Lyuis Həmiltonu əvəz edəcək. Komandanın bu qərarı bir çoxları tərəfindən qeyri-adi hesab edilib, çünki Kiminin Formula1-də iştirak təcrübəsi heç yoxdur.

F-1.az xəbər verir ki, adətən, debütantlar bir neçə mövsüm kiçik kollektivlərdə çıxış edir və nəticə əldə edirlərsə, aparıcı komandaya keçid üçün dəvət alırlar. Maks Ferstappen və Şarl Leklerlə belə olub, Corc Rassel də eyni ssenari ilə Williams-dan Mercedes-ə keçib.

Breklidən olan komandanın rəhbəri Toto Volff Antonellini birbaşa Mercedes-ə dəvət olunmasının səbəbini və gənc sürücünün başqa komandada təcrübə qazanmasını gözləməməsini izah edib.

Toto Volff: “Lyuisin getməsindən sonra nəsil dəyişmək vaxtı gəldi, çünki heç nə əvvəlki kimi olmayacaq. Gələn il gənc komanda ilə işləyəcəyik. Yeni mövsümdə Rassell və Antonelli ilə işləmək o deməkdir ki, biz yeni dövrə başlayırıq. Əvvəlki dövr möhtəşəm idi, amma səhifəni çevirmək və yenidən başlamaq vaxtı gəldi.

Antonellinin Williams-da deyil, birbaşa Mercedes-də debüt etməsinin səbəbi odur ki, biz onu təzə istəyirik, belə demək mümkündürsə, xarici təcrübə ilə yoluxmamış. Əgər o, başqa komandada debüt etsəydi, başqa şeylər öyrənərdi, işə fərqli yanaşma, texniki məqamlara fərqli baxış olardı.

Biz bundan qaçmaq istəyirik. Düşünürəm ki, gənc sürücünün lap əvvəldən bizimlə işləməsindən üstünlüklər qazanacağıq.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*