Tost Markonu əvəzləməyəcək

AlphaTauri-nin hazırki rəhbəri Frants Tosta Azərbaycan Qran Prisi günlərində bu barədə sual ünvanlandırıb.

F-1.az xəbər verir ki, ilin sonunda komandadan gedəcəyini açıqlayan təcrübəli mütəxəssis Red Bull-un idman məsləhətçisi postunu tutmağı düşünmədiyini bildirib.

Frants Tost: “Xeyr, bu olmayacaq. Helmut Marko komandada qalmaq istəyir. Orada daha 80 il keçirmək istəyir! Mənim bu vəzifəni tutmaq kimi niyyətim qətiyyən yoxdur”.

Xatırladaq ki, Frantsın postunu gələn ildən etibarən hazırda Ferrari-nin idman direktoru olan Loran Mekis tutacaq. Komandanı onunla birlikdə yeni baş direktor Peter Bayer idarə edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*