F-1.az xatırladır ki, dünən heç də hamı təkərlərlə yaxşı işləyə bilməyib. Sürücülər bu gün təzə təkərlərə qənaət etmək üçün Medium və Soft-larla trasa çıxıblar. Burada ötmələr mətin olduğundan, təkər strategiyası əhəmiyyətli rol oynayacaq.
Sessiya sakit keçib, asfaltın vəziyyəti rezin qatı ilə örtüldüyü üçün getdikcə düzəlib və sürücülər daha az sürüşüblər. Rassell bir dövrə vurduqdan sonra əyləclərdəki problemə görə boksa qayıtmalı olub və komandanın yeni sahiblərinin trasda olduğu gün sərbəst yürüşlər onun üçün başa çatıb.
Valtteri Bottas 1:16.530-luq dövrəsi ilə protokollara başçılıq edib və bütün məşqlərin ən sürətlisi olub. Mercedes və Red Bull arasında fərq azdır və bizi 17:00-dan etibarən olduqca maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:16.530 | – | 17 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:16.547 | + 0:00.017 | 10 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:16.613 | + 0:00.083 | 14 |
4 | 18 | Ləns Stroll | Racing Point | 1:17.112 | + 0:00.582 | 10 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 1:17.226 | + 0:00.696 | 14 |
6 | 11 | Serxio Peres | Racing Point | 1:17.341 | + 0:00.811 | 14 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:17.488 | + 0:00.958 | 15 |
8 | 23 | Aleksander Elbon | Red Bull | 1:17.538 | + 0:01.008 | 11 |
9 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:17.627 | + 0:01.097 | 17 |
10 | 8 | Roman Qrojan | Haas | 1:17.635 | + 0:01.105 | 19 |
11 | 31 | Esteban Okon | Renault | 1:17.746 | + 0:01.216 | 13 |
12 | 55 | Karlos Sayns | McLaren | 1:17.768 | + 0:01.238 | 19 |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:17.812 | + 0:01.282 | 15 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:17.843 | + 0:01.313 | 17 |
15 | 20 | Kevin Maqnussen | Haas | 1:18.039 | + 0:01.509 | 17 |
16 | 6 | Nikolas Latifi | Williams | 1:18.072 | + 0:01.542 | 16 |
17 | 3 | Daniel Rikkardo | Renault | 1:18.142 | + 0:01.612 | 12 |
18 | 5 | Sebastyan Fettel | Ferrari | 1:18.186 | + 0:01.656 | 15 |
19 | 4 | Lando Norris | McLaren | 1:18.826 | + 0:02.296 | 19 |
20 | 63 | Corc Rassell | Williams | – | – | 1 |