F-1.az bildirir ki, Pirelli buraya ən sərt tərkibləri gətirsə də, asfaltın quruluşu onların sürətlə aşınmasına səbəb olub. Komandalar bu sessiyanı demək olar ki, təkərlərin səmərəliliyini qiymətləndirməyə həsr ediblər. Bir çox komanda isə daha çox məlumat toplamaq üçün proqramı sürücülər arasında bölüşdürüb.
Haas komandası yenə də güc qurğusu problemi ilə üzləşib – Qrojan 5 dövrə vurduqdan sonra batareyadan şikayətlənərək boksa qayıdıb və bir daha trasa çıxmayıb.
Norris 38-ci dəqiqədə üçüncü döngədən çıxarkən çınqıllığa çıxıb. Maşın havada fırlanıb və bariyerlərə çırpılıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Landonun səhhətində problem olmayıb, lakin məşqlər onun üçün başa çatıb. Fasilə 8 dəqiqə davam edib.
12-ci döngədə əvvəlcə Lekler, sonra isə Fettel yerində fırlanıb. Şarl bokslara qayıtmalı olsa da, alman sürücü yoluna davam edə bilib. Peres pit yolundan çıxarkən Rəykkönenlə toqquşub. Finlandiyalı sürücünün maşınının təxliyəsi üçün növbəti dəfə qırmızı bayraqlar dalğalandırılıb. Stüardlar sessiyadan sonra Peresə sıralanma turunda bir yer itirmə cəzası veriblər. Peres Mucello trasında pit yolu çıxışının trasda gələn maşınları görməyə imkan vermədiyini desə də, stüardlar komandanın ona Kiminin yaxınlaşması barədə xəbərdarlıq etdiyini xatırladıblar.
Sessiyanın sonlarında Fettel motoru anidən söndüyü üçün trasda dayanmalı olub.
Bu sessiyada da ən sürətli Valtteri Bottas olub – 1:16.989. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:16.989 | – | 28 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.196 | + 0:00.207 | 29 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.235 | + 0:00.246 | 25 |
4 | 23 | Aleksander Elbon | Red Bull | 1:17.971 | + 0:00.982 | 28 |
5 | 3 | Daniel Rikkardo | Renault | 1:18.039 | + 0:01.050 | 32 |
6 | 31 | Esteban Okon | Renault | 1:18.115 | + 0:01.126 | 29 |
7 | 11 | Serxio Peres | Racing Point | 1:18.198 | + 0:01.209 | 34 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | 1:18.244 | + 0:01.255 | 30 |
9 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:18.385 | + 0:01.396 | 38 |
10 | 16 | Şarl Lekler | Ferrari | 1:18.400 | + 0:01.411 | 27 |
11 | 18 | Ləns Stroll | Racing Point | 1:18.462 | + 0:01.473 | 37 |
12 | 5 | Sebastyan Fettel | Ferrari | 1:18.498 | + 0:01.509 | 39 |
13 | 55 | Karlos Sayns | McLaren | 1:18.651 | + 0:01.662 | 32 |
14 | 4 | Lando Norris | McLaren | 1:18.658 | + 0:01.669 | 9 |
15 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:18.736 | + 0:01.747 | 33 |
16 | 63 | Corc Rassell | Williams | 1:18.843 | + 0:01.854 | 33 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.944 | + 0:01.955 | 35 |
18 | 6 | Nikolas Latifi | Williams | 1:18.983 | + 0:01.994 | 31 |
19 | 20 | Kevin Maqnussen | Haas | 1:19.113 | + 0:02.124 | 32 |
20 | 8 | Roman Qrojan | Haas | 1:19.257 | + 0:02.268 | 5 |