F-1.az xəbər verir ki, italyan komanda maşını qış testlərinin başlamasına bir gün qalmış – fevralın 26-da Barselonada təqdim edəcək. Təqdimat komandanın boksunun qarşısında baş tutacaq və təqdimatda sürücülərlə yanaşı komandanın rəhbəri Frants Tost, texniki direktoru Ceyms Ki və onun müavini Ben Uoterhaus iştirak edəcəklər.
STR12-ni testlərin ilk günündə Karlos Sayns idarə edəcək. Növbəti gün isə ispaniyalı sürücünü Daniil Kvyat əvəz edəcək.