Toro Rosso yeni bolidini martda təqdim edəcək

Toro Rosso komandası bildirib ki, onlar yeni bolidləri STR11-i martın 1-də təqdim edəcəklər...

F-1.az daha əvvəl də xəbər vermişdi ki, Toro Rosso komandası birinci qış testlərinə keçid şassi ilə çıxacaq, yeni maşını isə fevralın 29-da təqdim edəcək. Amma sonra komanda gərgin işləyərək yeni maşını ilk testlərə hazırlayıb qurtara bilib və testlərə yeni maşınlar qatılıb. Bu da o deməkdir ki, komanda yeni STR11-i istifadə edir, amma bolidin yeni rəng çalarını, sponsor və tərəfdaşları hələ təqdim etməyib.

Komanda bu gün təsdiq edib ki, onlar yeni rəng çalarlarını martın 1-ində Barselonada təqdim edəcəklər.

Onu da qeyd edək ki, Sauber də 2016-cı il yeni bolidi C35-i eyni gündə təqdim edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*