F-1.az bildirir ki, Formula2-də Honda-nın sürücü proqramından 2 sürücü var – Nirei Fukuzumi və Tadasuke Makino. Fukuzumi GP3-dən 15 super lisenziya xalı ilə Formula2-yə gəlib və bu mövsüm dördlüyə düşsə, Formula1-ə yüksəlmək üçün lazımi xalları toplamış olacaq.
Xatırladaq ki, Formula1-də yarışan son yaponiyalı sürücü Kamui Kobayaşi olub və 2014-cü ildə son mövsümünü keçirib.
Frants Tost: “Honda ilə müqaviləmiz olduğu üçün yaponiyalı sürücü ilə yarışmaq istəyirik. Hər şey Fukuzumidən asılıdır. Daha sonra görək necə olacaq”.