Toro Rosso və Red Bull işbirliyini artırır?

Toro Rosso komandasının texniki direktoru Ceyms Ki bildirib ki, onlar 2017-ci ildə yenidən Renault mühərriklərindən istifadə etdikləri üçün Red Bull ilə daha çox texnologiya paylaşa biləcəklər.

F-1.az xatırladır ki, Toro Rosso gələn ildən etibarən yenidən Renault mühərriklərindən istifadə edəcək. Beləliklə, Toro Rosso və Red Bull eyni mühərriklərdən istifadə edəcəklər. İki komanda bundan əvvəl ötürmələr qutusu və başqa detalları eyni şirkətdən alırdılar, amma araşdırma və təkmilləşdirmə xərclərini azaltmaq üçün əla fürsət ələ düşüb.

Ceyms Ki: “İki Formula1 komandamız varsa, bəzi şeyləri şərikli etməliyik. Bu həmişə daha məntiqli olub. Lotus-u satın almayacaqları və bəzi şeylər məlum olmadığı üçün keçən il Renault-dan ayrıldıq. İki komandaya da təsir edən problemlər oldu, amma artıq bu problemlər geridə qaldı.

Birinci dəfə Renault mühərriklərindən istifadə etdiyimizdə, onlarla eyni mühərrikdən istifadə etmək və bu texnologiyadan əldə etdiyimiz məlumatları paylaşmaq istəyirdik. Bu paylaşılmalıdır. Bu paylaşımlar iki komandaya da əlverişli inkişaf üsulları tapmağa kömək edir.

Ötürmələr qutusu detallarını bir-birimizlə paylaşırdıq, amma bu paylaşımları yanacaq və hidravlik sistemə, qazburaxma sisteminin dizaynına və elektronik sistemlərə də yaymaq mümkündür. Eyni detallardan istifadə etmək çox məntiqlidir, çünki bununla qənaət etmək mümkündür. Bu faktorlar performansa təsir etmir”.

Red Bull da Toro Rosso ilə işbirliyi etmək istəyir, amma iki komandanın zavodları fərqli ölkələrdə olduğu üçün loqistika cəhətdən çətinlik yaşanır.

Ceyms Ki Renault-nun builki inkişafından razı qalıb: “Renault bu il çox gücləndi və onların bu geridönüşü bizi cəsarətləndirdi. Ferrari ilə bir il keçirdik və rahatlıqla Renault-ya qayıda bilərik. Etibarlılıq problemlərini geridə qoydular və sürətləndilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*