F-1.az xatırladır ki, yaponlar bunu təkzib etmişdilər, lakin daha bir komandaya motor vermək istədiklərini, gələn il olmasa da, növbəti illərdə bunun mümkün olacağını bildirmişdilər. Şayiələrə görə, Toro Rosso ilə aparılan danışıqlar maliyyə şərtləri və fikir ayrılıqları üzündən baş tutmayıb.
McLaren-in Honda ilə əməkdaşlığını davam etdirəcəyi hələ məlum deyil. Britaniyalılar bu barədə yaxın həftələrdə qərar verəcəklər. Uokinqdə Honda-nın güc qurğularından narazıdırlar, lakin müqavilənin vaxtından əvvəl pozulması faktı da komanda tərəfindən təkzib edilir…