F-1.az xatırladır ki, Kvyat və Elbon Hunqarorinqdəki yarışda təkər-təkərə mübarizə aparmış və həftəsonunun ən çox danışılan hadisələrindən biri olmuşdu.
Frants Tost: “Macarıstanda həyəcanverici performans göstərdik. Lakin Daniili pitə bir az tez çağırdıq və buna görə də son dövrələrdə təkərlərində problem yaşadı. Aleksi isə Daniildən 7 dövrə sonra pitə çağırdıq və buna görə də son dövrələrdə daha təzə təkərlərlə Peresə hücum edərək, onu keçdi və 1 xal qazandı.
Daniil və Aleksin mübarizəsini görmək gözəl oldu. Onlara əmr vermədik və yarışmalarına icazə verdik. Bu, insanların görmək istədiyi şeydir. Onlar ədalətli formada mübarizə apardılar”.