Toro Rosso sürücülərin təcrübəsindən faydalanmaq istəyir

Adətən debütant sürücülərlə yarışan Toro Rosso komandası bu il 2 və 3 mövsüm təcrübəsi olan iki sürücü ilə yarışacaq.

F-1.az xatırladır ki, Karlos Sayns bu mövsüm Formula1-də 3-cü, Daniil Kvyat isə 4-cü mövsümünü keçirəcək.

Komandanın texniki direktoru Ceyms Ki bildirib ki, yeni reqlamentdən sonra təcrübə ön plana çıxacaq və buna görə də istedadlı sürücüləri ilə üstünlük qazana bilərlər: “Maks və Karlos komandaya gələndə çox gənc və istedadlı iki sürücümüz olduğu üçün ümidli idik. Mövsümün sonunda ikisi də əla nəticələr aldılar və yaxşı yer tuta bildik. Debütant sürücülərlə işləmək risklidir. Səhvlərin nəticələri bəzən göründüyündən çox olur.

2016-cı ildə Maks və Daniil yer dəyişdirdilər və buna görə də rusiyalı sürücü bir az adaptasiya problemi yaşadı. Yay fasiləsindən sonra bolidə öyrəşdi və yaxşı nəticələr almağa başladı. Karlos isə mövsümün əvvəlindən yaxşı nəticələr aldı və hamıya nəyə qadir olduğunu göstərdi. 2017-ci ildə artıq komandanı tanıyan və təcrübəli iki sürücü ilə gözəl mövsüm keçirmək istəyirik. Ümid edirəm ki, işlər istədiyimiz kimi gedər və gözəl nəticələr alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*