Toro Rosso STR14-ü təqdim edib

Toro Rosso komandası 2019-cu ildə mübarizə apacağı STR14-ü təqdim edib.

F-1.az xatırladır ki, İtaliya komandası Formula1-də 2006-cı ildə debüt edib. Komanda keçən il 2012-ci ildən sonra ən pis nəticəsini qazansa da, Honda şirkəti 2015-ci ildə idmana qayıtdıqdan sonra 4-cü olaraq ən yaxşı yarış nəticəsini əldə edib. Bu il Honda ilə ikinci mövsümünü keçirən “qırmızı buzovlar” Daniil Kvyat və Aleksander Elbon cütlüyü ilə yarışacaqlar.

STR14-ü təqdim edən Toro Rosso komandası Haas-dan sonra yeni bolidini təqdim edən ikinci komanda olub. İtalyanlar 2017-ci ildən bəri istifadə etdiyi mavi, gümüşü və qırmızı rəng çalarını qoruyub. Toro Rosso bu il Red Bull-un keçənilki detallarından istifadə edəcək və iki komanda arasındakı münasibət əvvəlki illərdən daha güclü olacaq.

Toro Rosso komandasının yeni bolid barədə fikirlərini bölüşüb: “Məqsədimin həmişə daha yaxşı nəticələr qazanmaqdır. Bu qış bir neçə problemi həll etmək üçün komandadaxili dəyişikliklər etdik. Güclü tərəflərimizi daha yaxşı hala gətirib, zəif tərəflərimizi azaltmaq üçün əlimizdən gələni etdik. Digər komandalarla müqayisədə Toro Rosso komandasının işçisi azdır. Amma Red Bull ilə qurduğumuz tərəfdaşlıq bizə kömək edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*