Toro Rosso sirrini açıqlayıb

Toro Rosso komandasının texnii direktoru Bəhreyndəki gözlənilməz 4-cülüyün sirrinin açıqlayıb.

F-1.az xatırladır ki, italiyan komandası Avstraliyada sıralanma turunda liderdən 3.368 saniyə geridə qalsa da, Bəhreyndə bu fərq 1.371 saniyəyə enib. Bunun səbəbi komandanın Bəhreynə gətirdiyi yeni altlıq olub.

Ceyms Ki: “Avstraliyadan sonra gözəl addım oldu. Lakin orada bərbad idik. Bolid yaxşı işləmirdi. Buna görə də Bəhreyndəki addım çox böyük göründü. Burada daha güclü olacağımızı düşünürdük. Sürücülər trası tanıyırdılar və bizim də aerodinamik yeniliklərimiz oldu. Yeniliklər də bolidin xarakteriskasına tez uyğunlaşdı. Avstraliyadakı yenilklərdən sonra bolidin sazlanmalarında köklü dəyişikliklər etdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*