F-1.az xatırladır ki, Toro Rosso komandasl keçən il də bu cür nəticə hədəfləyirdi, amma Renault mühərriklərində olan etibarlılıq problemlərinə görə bu mümkün olmadı.
Frants Tost yeni mövsümlə bağlı hədəflərindən danışıb: “Bu il də hədəfimiz ilk 5-likdir. Keçən il bu mümkün olmadı, çünki etibarlılıq problemləri buna maneə oldu. Keçən mövsüm 12 dəfə yarışxarici qaldıq. Bunlardan ikisi pilot səhvindən oldu, qalanları isə mexaniki problemlər idi.
Ümid edirəm ki, bu il bütün yarışları bitirərik və mən əminəm ki, əgər bunu bacarsaq, mövsümü ilk beşlikdə bitirə bilərik.
Mən düşünürəm ki, yeni bolidimiz STR11 rəqabətədavamlıdır. Aerodinamik cəhətdən yaxşı hazırlaşmışıq.
Bundan başqa, bu mövsüm Ferrari mühərriklərindən istifadə edəcəyik və bu, bizim sürətli olmağımıza kömək edəcək. Ən əsası da bizim iki güclü sürücümüz var.
Onlar keçən il özlərini yaxşı tərəfdən göstərdilər. Onlar artıq ikinci mövsümlərini keçirəcəklər və daha təcrübəli olacaqlar. Bütün trasları və komandanı tanıyırlar, Formula1 həyatının necə olduğunu bilirlər. Ona görə də onlardan daha yaxşı performans gözləyirəm”.