F-1.az xatırladır ki, Toro Rosso komandasının sürücüsü Karlos Sayns testlərin ikinci həftəsinin yekununda 7-ci olmuşdu. Toro Rosso komandasında etibarsızlıq problemləri çox olsa da, McLaren Honda-dan çox dövrə vurmuşdular.
Frants Tost: “Barselonadakı testlərdən sonra onu deyə bilərəm ki, STR12 sürətli boliddir. Zəif cəhəti isə etibarlılıqdır. Son iki həftədə çox işləməliyik. Testlərin ikinci həftəsində birinci həftəyə nisbətən güclü idik. Bu yaxşıdır, amma dövrəvi nəticələrimizi pisləşdirən bəzi problemlər var.
Problem elə də böyük deyil və bu yaxşı xəbərdir. Bu problemləri Avstraliya yarışından əvvəl həll edəcəyimizə əminəm, çünki əlimizdə dəyərli məlumatlar var.
Sürücülərimiz Karlos və Daniil bolidə hər minəndə əla işlər görürlər və mükəmməl geri bildirimlər verirlər. Mühəndislərimiz Melburna sazlanma tapmaq üçün bütün sazlanmaları təhlil edir. Bu mövsüm orta qrupdakı komandalar arasında maraqlı mübarizə olacaq”.