Toro Rosso-nun bolidi vaxtında hazır olacaq

Toro Rosso komandası mühərrik təchizatçısını dəyişdirməsinə baxmayaraq, 2016-cı ildə yarışacaqları bolidi vaxtında hazırlayacaq...

F-1.az xatırladır ki, Toro Rosso 2016-cı ildə Renault mühərriklərindən imtina edərək, Ferrari mühərriklərinə keçib. Onlar Ferrari-nin 2015-ci ildə istehsal etdiyi mühərriklərdən istifadə edəcəklər. Buna görə də bolidin şassisi yenidən hazırlanmalıdır.

İtalyanların texniki direktoru Ceyms Ki yeni STR11 haqqında danışıb: “Uzun danışıqlardan sonra yeni mühərrik təminatçısı ilə müqavilə bağlamağımız yaxşı oldu. Müqavilə bir az geciksə də, hər şeyi yerbəyer edə bildik.

Ən böyük problemimiz yeni güc qurğusunu STR11-ə yerləşdirmək oldu. Bu doğrudan da çox çətin idi.

Renault mühərrikləri ilə müqayisədə Ferrari mühərriklərinin böyüklüyü və yığılması fərqlidir. Ona görə də bolidin arxa tərəfini yenidən dizayn etməli olduq”.

Ki həm də Ferrari mühərrikindən razı olduğunu deyib: “Keçən il şassimiz çox yaxşı idi. Ən böyük problemimiz güc qurğusu ilə bağlı idi. Ancaq indi Ferrari mühərriklərinə keçdik və buna görə də özümüzü yaxşı hiss edirik.

Bir il köhnə mühərriklərdən istifadə edəcəyik və bu bizə təsir edəcək. Amma proqramları tənzimləyə biləcəyik.

Pilotlarımız da artıq daha təcrübəlidirlər və keçən il etdikləri səhvləri təkrarlamayacaqlar.

Sauber-in inkişaf etməsini gözləyirəm. Red Bull da bu il sürətlənəcək. Williams ilə mübarizə apara bilmərik, amma Force İndia ilə rəqabət edə bilərik.

Heç bir şey asan olmayacaq. McLaren də keçən il olduğu kimi pis olmayacaq. Bütün komandalar inkişaf edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*