F-1.az xatırladır ki, Red Bull komandası keçən ilin sonunda Casio ilə yollarını ayırıb. Avstriyalılar Casio ilə ayrıldıqdan sonra TAG Heuer ilə müqavilə bağlayıblar.
Amma Casio şirkəti bir neçə ay idi ki, başqa F1 komandaları ilə də danışıqlar aparırdı. Yaponlar sonda Toro Rosso ilə müqavilə bağlayıblar. Müqavilənin müddəti 2 ildir.
Qeyd edək ki, Toro Rosso komandası Red Bull-un törəmə komandasıdır.