Toro Rosso iş bölgüsünü edib

Toro Rosso-nun yeni bolidini ilk dəfə Brendon Hartli idarə edəcək.

F-1.az xatırladır ki, italyanlar keçən ilin son yarışından xalsız ayrılaraq, çempionatda 7-ci yeri tutmuşdular. Bu ildən etibarən isə Toro Rosso komandası Honda ilə tərəfdaşlığa başlayacaq və tarixində ilk dəfə baza komandası olacaq. Buna görə də “qırmızı buzovlar” testlərdə bacardıqları qədər çox məsafə qət etmək istəyirlər.

Qeyd edək ki, STR13-ün təqdimatı fevralın 26-da İspaniyada olacaq və resurslar xəbər verirlər ki, sükan arxasına ilk olaraq Brendon Hartli keçəcək. Yeni zelandiyalı sürücü fevralın 26-da və 28-də yeni bolidi sınaqdan keçirəcək. Onun komanda yoldaşı Pyer Qasli isə fevralın 27-də və martın 1-də trasa çıxacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*