Toro Rosso Honda ilə üçillik müqavilə bağlayıb

Bəzi iddialara əsasən Toro Rosso komandası növbəti mövsümdən etibarən Honda mühərriklərindən istifadə edəcək.

F-1.az britaniya mətbuatına istinadən xəbər verir ki, italyanlar Honda ilə üçillik yeni müqavilə bağlayıblar. Belə ki, Toro Rosso komandası gələn mövsümdən etibarən Honda mühərriklərindən istifadə etməyə başlayacaqlar. Xatırladaq ki, Toro Rosso 2016-cı ildə 2015-ci ilin Ferrari mühərriyi ilə yarışmış və bu il yeni Renault mühərriklərinə keçmişdilər. Beləliklə, italyan komandası son 3 ildə üç fərqli mühərrikdən istifadə etmiş olacaq.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirmişdi ki, Honda inkişaf etsə, Red Bull da gələcəkdə onlardan mühərrik ala bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*