F-1.az xatırladır ki, italyan təmsilçisi gələn il Pyer Qaslinin əvəzinə Daniil Kvyatı gətirəcək. Hartlinin isə gələcəyi müəmmalıdır.
Frants Tost: “Brendon Ostində yaxşı yarışdı. Amma Qaslinin 28 xalına qarşı cəmi 4 xal toplayıb. Komandada qalmaq istəyirsə, performansını artırmalıdır. Son qərarı vermək üçün mövsümün sonunu gözləməliyik. Dekabrda Red Bull şirkəti Toro Rosso-nun sürücü heyəti üçün son qərarı verəcək”.