Toro Rosso gələn il Renault motorlarına keçmək istəyir

Hələ dünən yeni STR8-in təqdimatında Toro Rosso komandasının başçısı Frants Tost demişdi ki, “bu il komanda ardıcıl yeddinci il Ferrari […]

Hələ dünən yeni STR8-in təqdimatında Toro Rosso komandasının başçısı Frants Tost demişdi ki, “bu il komanda ardıcıl yeddinci il Ferrari motorlarından istifadə edəcək”, amma bu gün məlum olub ki, yeddilillik əməkdaşlığa son qoyula bilər. Bu gün səhər Xeres testlərində Tost təsdiq edib ki, gələn il komanda Renault motorlarına keçməyi planlaşdırır.

Düzdür, hələ heç bir müqavilə imzalanmayıb, amma Ferrari ilə müqavilə mövsümün sonunda başa çatır, gələn il isə qüvvəyə yeni motor reqlamenti minir. Tostun niyyəti Red Bull maşınları ilə bəzi detalları ümumiləşdirərək məsrəfləri aşağı salmaqdır…

Frants Tost: “Hələ heç nə qərara alınmayıb. Biz Renault ilə danışıqlar aparırıq, baxaq görək nə ilə qurtaracaq. Hələ heç nə imzalanmayıb, amma biz motor təchizatçısını tezliklə müəyyənləşdirməliyik. Tərəfdaşlarla nə qədər tez müqavilə imzalasanız, bütün məsələləri daha asan həll eləmək olur.

2014-cü ildə maşının güc qurğusu mürəkkəb olacaq. Problem motorda deyil, söhbət turbindən gedir, çünki onun işi yüksək temperaturla bağlıdır, pnevmatika və ötürmələr qutusu da mürəkkəb olacaq. KERS-lə birlikdə bunlar hamısı vahid bir güc qurğusu kimi təqdim olunacaq, bu qurğunu gələcək maşına yerləşdirmək üçün biz tərəfdaşımızın adını tez bir zamanda bilməliyik.

Ferrari bizə deməyib ki, bizi öz motorları ilə təchiz edə bilməyəcək, sadəcə biz Red Bull ilə eyni motorlardan istifadə etmək istəyirik. Məqsədimiz budur.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*