F-1.az xatırladır ki, italyanlar mövsümə Sayns və Kvyat cütü ilə başlasalar da, Meksika Qran Prisindən etibarən Hartli və Qasli ilə mübarizəyə davam ediblər.
Frants Tost: “Gələn il kimlərlə yarışacağımıza Red Bull qərar verəcək. Böyük ehtimalla Hartli və Qasli komandada qalacaqlar. Debütant olsalar da, yaxşı işləyirlər. Amma Red Bull-un qəti qərarını öyrənməliyik”.