F-1.az xatırladır ki, Ferrari Toro Rosso-ya razılığa əsasən gələn mövsüm üçün 2015-ci ilin mühərriklərini verəcək.
Amma son günlərdə İtaliya mətbuatında çıxan xəbərlərdə Ferrari-nin sözügedən komandaya yeni mühərrikləri verə biləcəyi qeyd edilirdi.
Bu məlumat hər iki komanda tərəfindən təkzib edilib.
Toro Rosso-nun rəhbəri Frants Tost məsələyə münasibət bildirib: “Bu xəbərlər həqiqətə uyğun deyil. Amma bizi narahat etmir”.
Ferrari komandasının mətbuat katibi Alberto Antonini isə belə bir söhbəti, ümumiyyətlə, eşitmədiyini deyib.