F-1.az xatırladır ki, bu günlərdə Mercedes AMG və Williams komandaları yeni mövsüm üçün hazırladıqları maşınlarda mühərriyi işə salmaları barədə hesabat vermişdilər.
Bu gün isə Toro Rosso komandasının mühəndisləri Fayentsada bazada STR12 maşınında yeni Renault motorunu işə salıblar. Komandanın mətbuat xidməti maraqlı video yayıb – səhər bazaya gələn Karlos Sayns heç kimi tapmır, hamı yeni motorun işə salınmasını izləməyə toplaşıbmış…