Toro Rosso-da köklü dəyişikliklər olub

Toro Rosso komandasının aerodinamika rəhbəri Brendan Gilhom vəzifəsindən ayrılıb.

F-1.az xəbər verir ki, bu ayrılıqdan sonra italyanların heyətində bəzi dəyişikliklər olub. Qeyd edək ki, Gilhom BMW Sauber komandasında da aerodinamika rəhbəri işləmiş və 2013-cü ilin iyul ayında Toro Rosso komandasına transfer olunaraq, Ceyms Ki ilə işləməyə başlamışdı. Komanda ayrılıq barədə məlumat verməyib. Gilhomu bəzi iddialara əsasən Ben Məllok əvəz edəcək. Bundan başqa, Karlos Saynsın yarış mühəndisi işləmiş Marko Matassa da Faentsanı tərk edərək, Ferrari komandasına üz tutub.

Qeyd edək ki, Toro Rosso komandasının yeni bolidi STR13 bu gün çarpma (crash) testlərindən keçib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*