F-1.az xatırladır ki, 2018-ci ildə hər sürücü 3 mühərrikdən istifadə edə biləcək. Renault komandası daha əvvəl planlı cəza alacaqlarını demişdi. Belə görünür ki, digər istehsalçılar da bu barədə düşünürlər.
Frants Tost: “3000-4000 kilometr məsafə qət etmiş mühərriyi istifadə etməkdənsə, yeni güc qurğusuna keçmək daha səmərəlidir. 100-200 kilometr məsafə qət etdikdən sonra mühərrik güc itirməyə başlayır. Görək necə olacaq. Amma bu barədə düşünürük”.