Toro Rosso: Algersuari Burdeni əvəz edəcək?

Fransanın Auto Hebdo qəzeti bu gün yazıb ki, Sebastyen Burdenin karyerasının davamı onun Nürburqrinqdə çıxışından asılı olacaq. Əgər fransalı sürücü […]

Fransanın Auto Hebdo qəzeti bu gün yazıb ki, Sebastyen Burdenin karyerasının davamı onun Nürburqrinqdə çıxışından asılı olacaq. Əgər fransalı sürücü vəziyyəti yaxşılığa doğru dəyişsə, sıralanma turunda və yarışda yaxşı nəticə göstərə bilsə, onda o mövsümün sonuna kimi komandada öz yerini qoruyacaq. Əgər belə olmasa, onda sükan arxasına Corco Pantano, Bruno Senna və ya hər iki Red Bull komandalarının ehtiyat sürücüsü ispan Xayme Algersuari oturacaq, qeyd edək ki, ispan sürücü bu siyahıda favorit sayılır…

Xayme Algersuari: “Əsas maşının sükan arxasına oturmaq imkanı var, amma mənim hələlik bu barədə heç bir məlumatım yoxdur. Məncə, yalnız gələn mövsümdə belə bir imkanın reallığından danışmaq olar – mən komandaya öyrəşməliyəm, testlərdə təcrübə toplamalıyam, hərçənd, Formula1-də hər şey tez dəyişir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*