F-1.az xatırladır ki, Honda mühərrikləri tesrlərdə etibarlı təsir bağışlasalar da, əksəriyyət tərəfindən şübhə ilə qarşılanırlar.
Frants Tost: “Honda mühərriyi ilə yarışacağımız üçün xoşbəxtik. Qışda əla iş gördülər. Əminəm ki, bizə yaxşı paket verəcəklər. Mövsüm ərzində də rəqiblərlə fərqi bağlayacaqlarına əminəm. Hər şeyi bir araya gətirsək, 4-cü ola bilərik. Hamı bunun üçün əlindən gələni edir. Hər iki sürücümüzə də güvənirik. Keçən ildən bəri vacib təcrübələri var. Komandaya əllərindən gələn köməyi edəcəklər”.