Scuderia Toro Rosso gələn il heyətini bütünlüklə dəyişəcək: bu gün elan olunub ki, Sebastyen Buemini və Xayme Algersuarini yeni mövsümdə Red Bull gənclər proqramının yetirmələri Daniel Rikkardo və Jan Erik Vern əvəz edəcəklər.
Frans Tost, komandanın başçısı: “Mən şadam ki, gələn mövsümdə sürücülərimizin kimliyini kifayət qədər tez həll edə bildik və indi yeni mövsümə hazırlaşa bilərik. Arxada qalan mövsümdə Danil və Jan Erik nəyə qadir olduqlarını göstərə bildilər və mən ümid edirəm ki, hər iki sürücü gələn il yaxşı nəticələr göstərə biləcək.
Mən Sebastyen və Xaymeyə minnətdarlıq edirəm, məhz onların uğurlu çıxışları sayəsində komanda inkişaf edib. Biz onlara gələcək karyeralarında uğurlar arzulayırıq.”
Daniel Rikkardo: “Mənim üçün doğrudan da şad xəbərdir, amma bu xəbəri hələ keçən il cümə sərbəst yürüşlərində iştirak etdiyim gündən gözləyirdim. Düzünü desəm, hələ də sevincimdən tullanıram. Arxada qalan mövsümün ikinci yarısında mən çox şey öyrəndim, elə bu imkana görə də komandaya minnətdarlıq edirəm.
Toro Rosso həmişə mənim ilkin məqsədim olub, ona görə də Red Bull şirkətinə fantastik şansa görə minnətdarlıq edirəm.”
Jan Erik Vern: “Hər şeydən əvvəl, məni dəstəklədiyinə görə Red Bull şirkətinə minnətdarlıq edirəm. Bu il Milad bayramı mənim üçün çox tez başlayıb. Mövsümün gedişində mən bir neçə dəfə Tioro Rosso maşınını sürmüşdüm, eyni zamanda RB7-nin sükanı arxasında Abu Dabidə gənc sürücülərin testlərində çıxış etmişdim. İndi mən yeni addım atmağa tam hazıram. Əlbəttə, Melburnda start düzlüynə çıxmağı səbirsizliklə gözləyirəm.”