Top Gear-a yeni aparıcı təyin edilib

Censon Batton və Devid Kulthardın adları məşhur avtomobil şousu Top Gear-ın yeni aparıcısı kimi hallanırdı, amma Censon McLaren-lə müqaviləsini uzatdı, Devid isə BBC-dən Channel4 kanalına keçdi.

F-1.az xəbər verir ki, bu gün Top Gear şousunda Kris Evansa yoldaşlıq edəcək aparıcının adı məlum olub – Mətt LeBlan. Məşhur amerikalı aktyor bir neçə dəfə şounun qonağı olmuş, “Ulduz ucuz avtomobildə” rubrikasında bir neçə dəfə çıxış etmiş və hətta ən yaxşı nəticəyə də imza atmışdı. LeBlan Porsche avtomobillərinin və Formula1-in böyük pərəstişkaııdr və hər il Ostindəki ABŞ Qran Prisinə baxmağa gəlir.

Mətt LeBlan: “Mən həmişə avtomobil fanatı olmuşam, Top Gear şousunu daim izləmişəm. Əfsanəvi şounun yeni tarixində rol oynamaq mənim üçün böyük şərəfdir…”

Yenilənmiş Top Gear-ın ilk efiri 2016-cı ilin mayına nəzərdə tutulub. Şounun keçmiş aparıcıları Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey hazırda Amazon servisində efirə çıxacaq yeni şou ilə məşğuldurlar.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*