Tommi Smit VAR-da çıxış edəcək

Niderlandı təmsil edən Van Amersfoort Racing komandası 2023-cü ildə Formula3-də yarışacaq ilk sürücüsünün adını açıqlayıb.

F-1.az xəbər verir ki, gələn il komandanın şərəfini 20 yaşlı avstraliyalı Tommi Smit qoruyacaq.

Tommi Smit: “Mən bu fürsətdən məmnunam. FRECA və GB3 çempionatlarında iştirak etdikdən sonra Formula3-ə keçmək mənim üçün düzgün növbəti addım kimi görünür.

Başa düşürəm ki, debüt mövsümü asan olmayacaq, öyrənməli olduğum çox şey var, amma əminəm ki, bu çətinliyin öhdəsindən düzgün komanda ilə çıxacam. Formula3-də iştirakın ilk ilində VAR-ın əldə etdiyi nailiyyətlər komandanın işinin yüksək səviyyəsindən xəbər verir. Əməkdaşlığa başlamağı səbirsizliklə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*