Tombasis: Maşınlar təxminən yarım saniyə itirəcəklər

Son mövsümün gedişində FİA maşınların yellənməsinin qarşısını almaq üçün reqlamentə bir neçə dəfə düzəlişlər etdi.

F-1.az xəbər verir ki, bu düzəlişlərin bəziləri komandalar tərəfindən başa düşülmədi, amma söhbət sürücülərin təhlükəsizliyindən gedirdi və bu, F1-də prioritet məsələdir.

FİA-nın texniki direktoru Nikolas Tombasis hesab edir ki, bu il mövsümün əvvəlində maşının altlığının konstruksiyasında baş verən dəyişiklik səbəbindən maşınlar bir dövrədə təxminən yarım saniyə itirəcəklər, amma sonra mühəndislər bu geriliyi aradan qaldıracaqlar.

Nikolas Tombasis: “Doğru olanı etdiyimizə şübhə etmirəm. Qısamüddətli və praqmatik həll yolu tapmalı idik. Yəqin ki, yellənmə problemi müəyyən dərəcədə qalacaq, lakin daha az olacaq.

Maşınlar hər dövrədə təxminən yarım saniyə olmaqla 15-20 vahid asfaltayatma qüvvəsi itirəcəklər, hərçənd, maşınların mövsümün gedişində təkmilləşməsi bu fərqi əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*