Tomas: Mühərriklər yellənmə zamanı çətin anlar yaşayırdılar

Ötən mövsümün nəticələrini şərh edən Mercedes AMG High Performance Powertrains-ın idarəedici direktoru Hayvel Tomas etiraf edib ki, maşınların yellənməsi güc qurğularının işinə ciddi təsir edib.

F-1.az xəbər verir ki, çempionatın yeni reqlamentə keçməsi və altlığın asfaltayatma qüvvəsi generasiya etməsi bir çox komandaların hazırladıqları yeni maşınlarda vertikal yellənməyə səbəb olub.

Hayvel Tomas: “2022-ci ilə hazırlaşarkən biz güc qurğularının növbəti üç il ərzində “dondurulacağını” bilirdik, ona görə də, bunun üçün həqiqətən də böyük səylər göstərərək onları mümkün qədər təkmilləşdirməyə çalışdıq.

Ancaq artıq testlər zamanı məlum oldu ki, izafi yellənmə səbəbindən mühərriklər, xüsusən də onların aşağı hissələri güclü zərbələri alırlar. Briksvorta gələn Toto Volff, mühərriklərdən çıxarılan bəzi detalalrın yerə dəydikdən sonra formalarını dəyişdiyini görərək çox təəccüblənmişdi.

Mövsümün gedişində biz dəfələrlə Lyuis və Corcun kokpitdən çıxanda özlərini bəzən necə pis hiss etdiklərini gördük, güc qurğuları da təxminən eyni vəziyyəti yaşayırdlar – yellənmə zamanı onlar ciddi zədələnirdilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*