Tom MakKallou: Hülkenberqin fitri istedadı var

Son üç mövsümdə Niko Hülkenberq müntəzəm yarışlarda iştirak etməyib, lakin bəzən Formula1-də xəstələnən Racing Point/Aston Martin sürücülərini əvəz edərək meydana çıxıb.

F-1.az xəbər verir ki, bu il Niko Hülkenberq Haas-la üçillik fasilədən sonra Formula1-ə qayıdacaq. Britaniya komandasında maşının inkişafı departamentinin başçısı Tom MakKallou Nikonun işini yüksək qiymətləndirib.

Tom MakKallou: “Nikonun təbii istedadı var. Keçən mövsüm komandanın maşınının xüsusiyyətlərini tam dərk etmədiyi bir vəziyyətdə onu hər şeyin içinə atdıq. Bəhreyndə o, üçüncü məşqdə sükan arxasına keçdi, oturacağı hazırlayıb tənzimləmək üçün tam imkanımız olmadı – dərhal işə başlamalı oldu.

O, çox istedadlı və dərrakəli sürücüdür. Siz onu sıralanma mərhələsində və ya yarışda dərhal sükan arxasına keçirə və ondan avtomobildən maksimum dərəcədə yararlanmasını xahiş edə bilərsiniz – və o, son vaxtlar yarış maşınlarını idarə edib-etməməsindən asılı olmayaraq, bu işin öhdəsindən gələcək. Nikonun çoxlu təcrübəsi var, bu da ona dərhal sürətlə getməyə kömək edir.

Niko təbii olaraq maşınların hüdudlarını, limitlərini hiss edir – quru və ya yaş trasdan danışmağın fərqi yoxdur. Bu illər ərzində o, Pirelli təkərlərinin, mənim anladığım kimi, karyerasının əvvəlində ona o qədər də uyğunlaşmayan xüsusiyyətlərini belə anladı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*