Todt: Volff və Hornerə müdaxilə edə bilməyəcəyimi söylədim

Jan Todtun FİA prezidenti kimi səlahiyyət müddəti 2021-ci ildə mübahisəli Əbu Dabi Qran Prisindən üç gün sonra başa çatıb. Maks Ferstappen restartdan sonra sonuncu dövrədə Lyuis Həmiltonu qabaqlayaraq dünya çempionu olmuşdu, lakin FİA-nın keçmiş yarış direktoru Maykl Masinin o zaman verdiyi qərarlar indiyə qədər mübahisə obyekti olaraq qalmaqdadır.

F-1.az xəbər verir ki, Masinin istefasına səbəb olan bu yarışın şərtləri ilə bağlı araşdırmalar artıq federasiyanın yeni prezidenti Muhəmməd bin Sulayemin rəhbərliyi altında baş tutub.

Todt həmin yarış həftəsonu Əbu Dabidə olmayıb, lakin çempionluq uğrunda mübarizə aparan iki komandanın başçıları Kristian Horner və Toto Volff ondan insidentə müdaxilə etməyi istəyiblər.

“Ancaq mən heç nə etmədim, FİA prezidentinin belə bir səlahiyyəti yoxdur”, – deyə Jan Todt Corriere della Sera qəzetinə müsahibəsində həmin günləri xatırlayıb. Eyni zamanda o, FİFA prezidenti Canni İnfantinonun mövqeyi ilə paralellər aparıb: “Hakimlər müstəqil olmalıdırlar. İnfantinonun sözlərini xatırlayırsınız: “Belə olan halda, hakimin orada səhv edib-etmədiyini bilmirəm”?

Həmin yarışa federasiyadan olan həmkarlarımla öz bağ evimdə baxırdım. Hər ikisi – Horner də, Volff da mənə zəng etdi, amma mən onlara da eyni cavabı verdim: Mən qarışa bilmərəm, bu, marşalların və yarış direktorunun məsuliyyətidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*