Titul uğrunda mübarizə son yarışda davam edəcək

Malayziyanın Sepanq avtodromunda MotoGP mövsümünün 19-cu sondan əvvəlki mərhələsi başa çatıb.

F-1.az xəbər verir ki, dünən baş tutan sıralanma turunun nəticələri həm maraqlı start, həm də maraqlı mübarizə vəd etsə də, proqnozlar 50% doğrulub. Yarışın taleyi elə startda həll olunub.

Belə ki, keçən həftə mövsümdə liderliyi ələ alan Ducati-nin sürücüsü Françesko Banyaya 9-cu yerdən start almasına baxmayaraq, ilk döngəyə 2-ci yerdə girib.

Onun əsas rəqibi Yamaha-dan Fabio Kuartararo 12-ci yerdən yarışa başlasa da, o da 7 yer qazanaraq ilk döngədən 5-ci çıxıb. 5-ci dövrədə fransalı sürücü Mark Markeslə uzun sürən mübarizədən qalib ayrılaraq 4-cü yerə yüksəlib.

Bundan bir qədər sonra pouldan start alaraq böyük fərqlə liderlik edən Pramac-dan Xorxe Martin səhvə yol verərək yıxılıb və Baynaya liderliyə, Kuartararo isə 3-cü yerə yüksəlib.

Gresini komandasının italiyalı sürücüsü Enea Bastyanini yarışın liderini sıx təqib edib və yarışın ortasında Pekoya hücum edərək liderliyi ələ ala bilib. Amma mövsümün lideri gələcək komanda yoldaşının slip strimindən yararlanaraq əks-hücum edib və status-kvonu bərpa edib.

İki italiyalı sürücünün mübarizəsi finiş xəttinə qədər davam etsə də, yekunda Banyaya mövsümdə 7-ci qələbəsinə sevinib – 2007-ci ildə Keysi Stounerdən sonra heç kim Ducati-yə bir mövsümdə bu qədər qələbə qazandırmamışdı.

Bu qələbədən sonra Pekonun Fabio üzərində üstünlüyü 23 xala çatıb və iki həftədən sonra Valensiyada titulu qazanmaq üçün sadəcə iki xala ehtiyacı var.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*