T.Fernandes: “Ad uğrunda mübarizə sponsorlarla danışıqlara mane oldu”

Builki mövsümün startına iki komanda adında Lotus brendi ilə çıxıb, Team Lotus və Lotus Renault GP komandalarının sürücüləri trasda kimin […]

Builki mövsümün startına iki komanda adında Lotus brendi ilə çıxıb, Team Lotus və Lotus Renault GP komandalarının sürücüləri trasda kimin sürətli olmasını müəyyən etdikləri vaxt, komandaların hüquqşünasları məhkəmələrdə mübahisə edirlər.

Team Lotus komandasının sahibi və başçısı Toni Fernandes bildirib ki məhkəmə prosesləri sponsorlarla danışıqlara mənfi təsir edir…

Toni Fernandes: “Məhkəmə prosesləri bizim sponsorlarla danışıqlarımıza mane oldular, çoxları bilmir ki, kim haqlıdır, kim haqsızdır və bu ad məsələsi çoxlarını çaşdırır. Ümid edirəm ki, vəziyyət dəyişəcək. Sizin komandanın necə adlanması vacib deyil, əsas odur ki, etibarlı biznesə sərmayə yatırımından söhbət gedir. Biz mübarizə aparacayıq.

Bizim məqsədimiz Mühəndislər Kubokunda mövsümün sonunda yenə də ilk onluğa düşməkdir. Əlbəttə, səkkizinci yer daha yaxşı olardı, amma bizim belə bir şansımız varmı? Məncə, var, amma hər şeydən əvvəl çoxsaylı problemləri həll etməliyik, ona görə də real məqsədimiz onuncu yerdir.

On səkkiz ay ərzində rəqabətədavamlı Formula1 komandası qurmaq mümkün deyil. Bizim ən yaxın rəqibimiz Force İndia komandasıdır, bu, keçmiş Jordan komandasıdır, yəni Formula1-də iyirmiillik tarixi olan bir komanda. Rəqiblərimizin arasında Williams komandası var, mən bu komandanın çıxışlarını uşaqlıqda izləmişəm, Toro Rosso-nu Red Bull komandası dəstəkləyir, Sauber də təcrübəli komandadır. Bunu yadda saxlamaq və realist olmaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*