Tezliklə Hindistan Qran Prisinin biletlərinin satışı başlanacaq

Tarixdə ilk Hindistan Qran Prisinin təşkilatçıları əmin edirlər ki, biletlərin satışı çox dəqiq təşkil olunacaq, qiymətlər isə hamıya uyğun olacaq. […]

Tarixdə ilk Hindistan Qran Prisinin təşkilatçıları əmin edirlər ki, biletlərin satışı çox dəqiq təşkil olunacaq, qiymətlər isə hamıya uyğun olacaq.

Yarışın promouteri JayPee Sports İnternational (JPSİ) şirkəti Bookmyshow.com saytını eksklüziv tərəfdaş seçərək bilet satışını sayta etibar edib.

Saytın məxsus olduğu Bigtree Entertainment şirkətinin təsisçisi Aşişa Hemrayani İndian Express qəzetinə bildirib ki, “biz çoxdan bilet satışı ilə məşğuluq, texnologiyalar və təcrübə bizim silhaımızdır, ona görə də istənilən ölkənin azarkeşləri saytda bilet ala biləcəklər.”

German Tilkenin layihəsi üzrə 5.14 km uzunluqda trasın tikintisi iyul ayında qurtarmalıdır. Avtodromun tribunları 110 min tamaşaçı tutacaq, biletlərin qiyməti isə yaxın günlərdə məlum olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*