Texniki işçi qrup cümə axşamı toplaşacaq

Bu həftə cümə axşamı texniki işçi qrupun (TWG) toplantısı olacaq, bu qrupa çempionat komandalarının nümayəndələri daxildirlər. Əsas məsələlərdən biri aerodinamikaya […]

Bu həftə cümə axşamı texniki işçi qrupun (TWG) toplantısı olacaq, bu qrupa çempionat komandalarının nümayəndələri daxildirlər. Əsas məsələlərdən biri aerodinamikaya yeni reqlamentin müxtəlif yozumlarının müzakirəsidir. Amma bu dəfə söhbət diffuzorlardan deyil, yan pantonların qarşısında yerləşdirilmiş əlavə elementlər barədə gedəcək.

Biz Melburnda Williams komandasının bu elementlər barədə protest qaldırmasını və sonra da geri götürməsini qeyd etmişdik. İndi isə protestin təfərrüatları bəlli olub – protest yalnız Red Bull və Ferrari maşınlarına qarşı qaldırılsa da, mübahisəli elementlər sonradan McLaren, Toro Rosso və Toyota maşınlarına da qoyulub. Williams-ın həmsahibi Patrik Hed hesab edirik ki, bu məsələ işçi qrupun daxilində FİA-nın müdaxiləsi olmadan həll oluna bilər…

Patrik Hed: “Bu texniki işçi qrupun toplantısında gündəlik məsələlərdən biridir. Start düzlüyündə on maşın reqlamneti özləri istədikləri kimi qəbul edirlər, amma biz hesab edirik ki, bu elementlər rəabətədavamlılığa ciddi təsir edirlər. Məncə, bu məsələ bağlı qapılar arxasında həll olunacaq, sonra isə biz bəyanat dərc edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*